Monteneqro qarşıdakı beş il ərzində Avropa İttifaqının üzvü olmaq niyyətindədir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç Brüsseldə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə görüşdə deyib.
Y.Milatoviç bu günə qədər Monteneqronun demokratik və iqtisadi inkişafına verdiyi dəstəyə görə Aİ-yə təşəkkürünü bildirib.
C.Borel isə Avropa İttifaqına üzvlük üçün növbədə duran ilk ölkənin Monteneqro olduğunu qeyd edib. O, Aİ-yə üzvlük danışıqlarının başa çatdırılması üçün Monteneqroda aydın siyasi iradənin olduğunu vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:42 / 01.06.2023
Monteneqro Avropa İttifaqına üzv olmaq istəyir
Hazırda oxunan: Monteneqro Avropa İttifaqına üzv olmaq istəyir
Hazırda oxunan: Monteneqro Avropa İttifaqına üzv olmaq istəyir
139020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.