ABŞ-da prezidentliyə namizədlərdən olan Hillari Klinton maraqlı açıqlama ilə yadda qalıb.
Moderator.az xəbər verir ki, sabiq dövlət katibi prezident seçilərsə UFO-larla bağlı sensasion açıqlamalar edəcəyini bildirib. Onun bu çıxışından sonra hazırkı prezident Barak Obama da maraqlı açıqlama ilə gündəmə gəldi. O, prezidentlik müddəti başa çatana qədər fəzalılarla bağlı şok faktları Klintona saxlamayıb özünün açıqlayacağını deyib.
Qeyd edək ki, 1950-ci illərdən bu yana ABŞ prezidentlərinin yadplanetlilərlə qarşılıqlı ünsiyyətinin olması şayiələri yayılır. Hətta ABŞ prezidentlərindən Eyzenhauzer fəzalılarla müqavilə də imzalamışdı. Lakin həmin müqavilə tərəflərin biri tərəfindən pozulmuşdu. ABŞ-da yerləşən gizli “51-ci zona”x9d adlı obyekt də bundan sonra inşa edildi. Fərziyyələrə görə, ildə bir dəfə yalnız ABŞ prezidentinin iştirakı ilə UFO-larla müzakirələr aparılır.
Eyzenhauer müqaviləsi
1954-cü ildə fəzalıların idarə etdiyi gəmi ABŞ-ın Hollomen hərbi hava qüvvələrinin bazasında yerə endi. Onlar Orion bürcündə qırmızı ulduzun ətrafında fırlanan planetdən gəldiyini bildirdilər. İkinci dəfə isə Edvards hərbi bazasında dünyaya təşrif gətirdilər. Amma bu dəfə qabaqcadan amerikalılarla razılaşdırılmışdı. Prezident Eyzenhauer fəzalılarla görüşdü və onların arasında formal müqavilə imzalandı. Alim məruzəsində qeyd edir ki, fəzalılarla olan hər iki görüş kinolentə çəkildi. Lakin həmin lentlər bu gün də gizlin saxlanılır.

Müqavilədə deyilir: “Fəzalılar bizim işlərimizə, ABŞ da onların işlərinə müdaxilə etməyəcək; Fəzalıların Yerə gəlmələri gizli qalmalıdır.
Onlar öz texnologiyalarının bütün incəliklərini amerikalılara öyrədəcək və onların Yerdə inkişafına kömək edəcəklər;
Fəzalılar Yerdəki başqa dövlətlərlə müqavilə bağlamayacaqlar;
Onlar tibbi və elmi eksperimentlər üçün Yerdən məhdud sayda adam apara bilərlər. Lakin həmin adamlara xəsarət toxunmamalı və qaytarılan zaman orada gördükləri yaddaşlarından silinməlidir;
Həmçinin hər iki tərəf əməkdaşlıq üçün və bir-birlərini öyrənmək məqsədilə 16 nümayəndə göndərməlidir;

Yerdə fəzalılar üçün yeraltı bazalar və hər iki tərəfin birgə işi üçün vahid bazalar tikilməlidir".
Fəzalılar üçün gizli yeraltı bazalar bu gün haqqında xeyli rəvayətlər gəzən və məhdud sayda insanın gediş hüququ olan, “51-ci zona”x9d adı ilə tanınan 51 nömrəli məntəqənin qərb rayonlarında və əsasən hindlilərin rezervasiyaları altında olan 4 rayonda salınmalı idi. O biri bölgələr haqqında nəsə demək çətin olsa da “51-ci zona”x9d haqqındakı əfsanələr orada həqiqətən də gizli obyektlərin olduğuna bir işarədir. Bu gün ABŞ orqanları “51-ci zona”x9dya müəyyən kilometdən o tərəfə yaxınlaşmağa icazə vermir.
Elmin Nuri



































































































