Çavuşoğlu Blinkenlə İsveçin NATO-ya daxil olmasını MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Çavuşoğlu Blinkenlə İsveçin NATO-ya daxil olmasını MÜZAKİRƏ ETDİ 

138789

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, söhbət zamanı tərəflər arasında İsveçin NATO-ya daxil olması prosesi və taxıl sazişi müzakirə edilib. 

Dövlət katibi Blinken Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.  

Danışıqlar zamanı Türkiyə ilə ABŞ arasında strateji mexanizmin qarşıdan gələn iclasına hazırlıq, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Nyu Yorkda Türk Evinə edilən hücum, İsveçin NATO-ya qoşulması prosesi və İstanbul taxıl sazişi kimi məsələlər müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin