Böyük Britaniyada qəribə hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Birləşmiş Krallığa daxil olan Uelsdə qoyun sürüsü narkotik tərkibli ot yeyib. Hind marixuanası kimi tanınan otu yeyən heyvanlar özlərindən çıxıblar.
Qəribə hadisə Uelsin Rhydypandi kəndində olub. Qoyunların aqressiv davranışları kənd sakinlərini də qorxuya salıb. Ərazi vahidliyinin rəsmisi narkotik maddə yeyən qoyun sürüsünün kəndə ziyan vurduğunu deyib. "Qoyunlar küçələrdə dəli kimi qaçır, bağçalara girirdilər. Hətta onlardan biri evə də girərək ətrafdakı hər şeyi dağıdıb".
İddiaya görə, kəndin yaxınlığında qanunsuz fabrik fəaliyyət göstərir. Heyvanlar da məhz həmin fabrikdə istehsal edilən otların qalıqlarını yeyiblər.
Hadisənin təkrarlanmasından qorxan kənd sakinləri fabrikin bağlanması üçün artıq polisə də müraciət ediblər.

































































































