Türkiyə MSK-dan səsvermə prosesi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Türkiyə MSK-dan səsvermə prosesi ilə bağlı AÇIQLAMA

138452

“Səsvermə vaxtında hansısa neqativ hadisə baş verməyib”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.

O, səsvermə prosesində xidməti olan hər kəsə, həmçinin seçicilərə təşəkkür edib: “Nəticənin millətimiz və dövlətimiz üçün xeyirli olmasını arzu edirəm”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin