“Millətimizin qərarına hörmətlə yanaşacağıq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar mayın 28-də prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O söyləyib ki, səsvermənin nəticəsinin dövlət və xalq üçün xeyirli olmasını arzulayır.
Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.
İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
T.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:43 / 28.05.2023
Hulusi Akardan prezident seçkisi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Hulusi Akardan prezident seçkisi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Hulusi Akardan prezident seçkisi ilə bağlı AÇIQLAMA
138438
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.