Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu öz köməkçiləri vasitəsilə seçkiqabağı təşviqat xarakterli mesajlar göndərərək ölkənin seçki qanunvericiliyini pozub.
Bizim.Media “Haber 7” nəşrinə istinadən xəbər verir ki, CHP sədri 27 may saat 18:00-da başlayan seçki təbliğatı qadağasına məhəl qoymayıb.
Belə ki, Kılıçdaroğlunun kənd təsərrüfatı siyasətindən məsul olan müşaviri Orxan Sarıbalın vasitəsilə Bursa vilayətinin İnegöl rayonu sakinlərinə SMS göndərdiyi məlum olub.
“Əziz inegöllülər, 13-cü prezidenti seçərkən siz İnegöl üçün qərar verəcəksiniz. Altı ay ərzində İnegölü ayrıca vilayət edəcəm”, - mesajda deyilir.
Türkiyənin Prezident Administrasiyasından məsələ ilə bağlı bildirilib ki, dövlət başçısının ölkənin inzibati bölgüsünü dəyişmək kimi bir səlahiyyəti yoxdur. Hazırda Bursa vilayətinin bir rayonu olan İnegölün ayrıca vilayət olmasına yalnız ölkə parlamenti qərar verə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:21 / 28.05.2023
Kılıçdaroğlu Türkiyənin seçki qanunvericiliyini pozdu – FOTOFAKT
Hazırda oxunan: Kılıçdaroğlu Türkiyənin seçki qanunvericiliyini pozdu – FOTOFAKT
Hazırda oxunan: Kılıçdaroğlu Türkiyənin seçki qanunvericiliyini pozdu – FOTOFAKT
138431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.