Beynəlxalq axtarışa verilmiş iki şəxs Azərbaycana ekstradisiya edildi

Hazırda oxunan: Beynəlxalq axtarışa verilmiş iki şəxs Azərbaycana ekstradisiya edildi

138012

Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib. 

Bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Bildirilib ki, Baş Prokurorluğun vəsatətləri əsasında Polşa Respublikası və Rusiya Federasiyası tərəfindən müvafiq olaraq “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyanın və müvafiq Əlavə Protokollarının, həmçinin “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Yusif Əliyev və Lamin Vəliyevin ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub. 

Belə ki, Azərbaycan ərazisində Lamin Vəliyevin oğurluq, Yusif Əliyevin isə quldurluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin