Britaniya baş nazirinin ofisinin qarşısında Gəncə terroruna etiraz edildi

Hazırda oxunan: Britaniya baş nazirinin ofisinin qarşısında Gəncə terroruna etiraz edildi

1380

Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib.

Aksiya iştirakçıları Boris Consonu və Britaniya ictimaiyyətini mülki şəxslərin, xüsusilə də uşaqların qətlə yetirilməsinə biganə qalmamağa çağırıblar.

Bizim.Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verilən məlumata görə, aksiya zamanı Gəncə şəhərində işğalçı Ermənistan ordusunun terror aktı törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması pislənib.

Əllərində Gəncə terrorunun qurbanlarının adları yazılan plakatlar tutan aksiya iştirakçıları onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirib.

Ermənilərin təxribatçı cəhdlərinə baxmayaraq aksiya insidentsiz başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin