ABŞ prezidentliyinə YENİ NAMİZƏD

Hazırda oxunan: ABŞ prezidentliyinə YENİ NAMİZƏD

137886

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olduğunu rəsmən elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.

“Mən Amerikanın möhtəşəm geri dönüşünü idarə etmək üçün prezidentliyə namizədliyimi irəli sürürəm”, - deyə o, qeyd edib.

Qubernator gələn ilin noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim edib. Müvafiq məlumat ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunub.

44 yaşlı Ron Desantis Respublikaçılar Partiyasını təmsil edir və keçmiş prezident Donald Trampla prezidentliyə namizədlik uğrunda mübarizə aparacaq. Bir çox yerli mətbuatının yazdığına görə, qubernator keçmiş ABŞ liderinin respublikaçılar arasında əsas rəqibidir.
NBC-nin aprel sorğusuna əsasən, respublikaçı seçicilərin azı 31%-i ilkin seçkilərdə Desantisi dəstəkləyəcək. Eyni zamanda, 46% Trampın qarşıdan gələn seçkilərdə ən yüksək dövlət postuna namizəd kimi irəli sürülməsinin tərəfdarı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin