Kiyevə hücum edən İran dronları MƏHV EDİLDİ

Hazırda oxunan: Kiyevə hücum edən İran dronları MƏHV EDİLDİ

137881

Ukraynanın paytaxtı Kiyev mayın 25-nə keçən gecə İran kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib. Kiyev Regional Hərbi Administrasiyasının yaydığı məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 12-ci hava hücumudur.

“Kiyevə gecə hücumu zamanı “Şahed” tipli kamikadze PUA-lardan istifadə olunub. Ukraynanın hava hücumundan müdafiə sistemləri düşmənin bütün hava hədəflərini məhv edib. Düşmən bütün gücü ilə Kiyevdəki əsas strateji infrastrukturları dağıtmağa, hava hücumundan müdafiə vasitələrinin resurslarını tükətməyə çalışır”, - deyə məlumatda bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda isə qeyd olunur ki, mayın 25-nə keçən gecə Rusiya İran istehsalı olan 36 kamikadze pilotsuz uçan aparatla hücum edib.

Hava hücumundan müdafiə qüvvələri düşmənin bütün pilotsuz təyyarələrini vurub.

Hərbçilər rusların qərb bölgələrində kritik infrastrukturu və hərbi obyektləri hədəf seçdiyini ehtimal edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin