Ötən gün belə bir məlumat tirajlandı ki, Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd olan bir sıra kəndlərinə diversiya hücumu olub. Buna görə də hücuma məruz qalan 9 kənd tamamilə boşaldılıb. Maraqlıdır ki, Qərb mətbuatı bu xəbərləri çox böyük canfəşanlıqla və hətta sevinclə paylaşırdı. Guya ki, Ukrayna ordusu öz ərazilərini işğaldan azad edib və döyüşlər artıq Rusiya ərazisinə keçib.
Az-çox prosesləri yaxından izləyən ixtiyari şəxs anlayır ki, bu Rusiya xüsusi xidmət orqanları tərəfindən yayılan dezinformasiyadır. Bu tip dezinformasiyalar Kremlin razılığı ilə yayılır və xüsusi məqsədlər daşıyır.
Bunun da bir neçə səbəbi var:
Birincisi, belə informasiyaları yaymaqla Rusiya bütün dünyaya bəyan edir ki, Qərbin dəstəyi ilə Ukrayna Rusiyanı işğal etmək istəyir. Ona görə də bu işğalı durdurmaq üçün Qərbin silahlandırdığı Ukrayna ordusu Şərqi Ukraynada müqavimət göstərmək məcburiyyətindədir.
İkincisi, bu daha çox daxili auditoriya üçün nəzərdə tutulub. Məlum olduğu kimi, əhali Ukrayna müharibəsinə getmək istəmir. Və buna qarşı da açıq etirazlar olur. Ukraynanın Belqorod istiqamətindən “hücum” xəbərini yaymaqla Moskva əhalinin etirazlarını susdurmaq üçün alət kimi istifadə edir. Guya Ukrayna Rusiya ərazisinə girib və Vətəni işğaldan qorumaq üçün hər kəs səfərbər olmalıdır.
Yəqin ki, Belqorod məsələsini bəhanə edən mərkəzi hökümət yenidən kütləvi səfərbərlik elan edəcək.
Nəzərə alaq ki, informasiya ancaq vilayətin qubernatoru Vyaçeslav Qladkovun dedikləri ilə məhdudlaşdı. “Hücum”da ölən və yaralananlar barədə heç bir fakt təqdim edilmədi.
Maraqlıdır ki, rəsmi Kiyev də Moskvanın bu bəyanatını şərh eləmədi. Əksinə bu informasiyadan Zelenski höküməti ucuz PR kimi istifadə etdi.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Rusiyada heç kim müharibəyə getmək istəmir:
“Həm də Putini uğursuzluqda ittiham edirlər. Artıq hərbi elita belə Putinin əleyhinədir. Ona görə də belə bir üsula əl atılıb. Nəzərə alaq ki, İkinci Dünya Müharibəsi vaxtı da ruslar bu cür addımlar atırdılar. Xüsusi məqsədlər üçün hazırlanmış “smert” qrupları rus kəndlərinə girib dinc əhalini gülləbaran edirdi və bunu da almanların ayağına yazırdılar. Bax, Belqoroddakı olay da həmin hadisələrin təkrarıdır”.
Cümşüd Nuriyev onu da qeyd edib ki, Ukrayna heç öz ərazisini müdafiə edə bilmir:
“Oda qalmışdı ki, Rusiya ərazisinə hücum etmiş olsun. Ukrayna belə bir addımı atmayıb. Və heç atmaq iqtidarında da deyil. Təkrar edirəm ki, “Belqoqod məsələsi” Rusiya xüsusi xidmət orqanlarının növbəti layihəsidir. Bunun ikinci bir izahı yoxdur. Ərazi baxımdan Belqorod Xarkova çox yaxındır. Son 16 ayda Ukraynalılar belə bir hücum əməliyyatı keçirtməyiblər. Burda məqsəd Ukraynaya qarşı Rusiyada nifrəti gücləndirmək və daxili gərginlikdən yararlanmaqdır. Və son nəticədə daha çox insanı Ukraynaya qarşı səfərbər etməkdir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:00 / 25.05.2023
Kremlin SENSASİON PLANI – Belqoroda “hücum” Rusiyanın ÖZ OYUNUDUR?
Hazırda oxunan: Kremlin SENSASİON PLANI – Belqoroda “hücum” Rusiyanın ÖZ OYUNUDUR?
Hazırda oxunan: Kremlin SENSASİON PLANI – Belqoroda “hücum” Rusiyanın ÖZ OYUNUDUR?
137727
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.