Vaşinqtonda Ağ Evin yaxınlığında çəpərə çırpılan yük maşınının sürücüsü ABŞ prezidentini öldürmək və hakimiyyəti ələ keçirmək istədiyini etiraf edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı Missuri sakini Sai Varşit Kandula hücumu altı ay planlaşdırdığını bildirib. Hakimiyyəti necə ələ keçirməyi planlaşdırdığı barədə suala cavabında şübhəli şəxs ölkə prezidentini öldürmək və yoluna çıxan hər kəsə zərər vermək niyyətində olduğunu deyib.
Məlumata görə, polis yük maşınının sürücüsünü ABŞ prezidentini, vitse-prezidentini və onların ailə üzvlərini öldürmək cəhdində ittiham edib. Kandula həmçinin təhlükəli silahla hücum etməkdə, ehtiyatsız şəkildə avtomobil idarə etməkdə, federal əmlaka ziyan vurmaqda və mühafizə olunan əraziyə qanunsuz daxil olmaqda ittiham olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:00 / 24.05.2023
Ağ Evin yaxınlığında QƏZA - ABŞ prezidentini öldürməyə CƏHD EDİLDİ
Hazırda oxunan: Ağ Evin yaxınlığında QƏZA - ABŞ prezidentini öldürməyə CƏHD EDİLDİ
Hazırda oxunan: Ağ Evin yaxınlığında QƏZA - ABŞ prezidentini öldürməyə CƏHD EDİLDİ
137718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.