Lavrov: \"NATO ölkələri de-yure Ukrayna münaqişəsində iştirak edir\"

Hazırda oxunan: Lavrov: \"NATO ölkələri de-yure Ukrayna münaqişəsində iştirak edir\"

137691

"NATO ölkələri faktiki olaraq de-yure Ukrayna münaqişəsində iştirak edir və bu, nüvə dövlətlərinin toqquşması riskini artırır". 

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrin XI Beynəlxalq görüşündə bildirib. 

Onun sözlərinə görə, Qərb paytaxtları Rusiyanın nüvə güclərinin birbaşa toqquşmasının yolverilməzliyi barədə siqnallarına məhəl qoymur və ya bu siqnalları kobud şəkildə təhrif edir. 

Rusiya XİN başçısı bildirib ki, Moskva Brüssel və Vaşinqtonu beynəlxalq gərginliyin azaldılması maraqları naminə birtərəfli güc qərarlarından imtina etməyə çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin