"Status məsələsini qaldırsaq, müharibə olacaq" - Erməni deputat

Hazırda oxunan: "Status məsələsini qaldırsaq, müharibə olacaq" - Erməni deputat

137669

Xəbər verdiyimiz kimi, dünən Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan edib. "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü, erməni deputat Ovik Ağazaryan mövzuya öz münasibətini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya "Hraparak.am" saytında yer alıb.

"Hakimiyyətə gəldikdən bir neçə ay sonra “Qarabağ Ermənistandır və nöqtə" bəyanatının müəllifi Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında sanki “Qarabağ Azərbaycandır və nöqtə” deyib. O, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını etiraf edib. Bəli, baş nazir kimi biz də Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Bəzi lokal  problemlər istisna olmaqla, Azərbaycanla sərhəd problemimiz yoxdur. Qarabağda yaşayan etnik ermənilərlə bağlı məsələ isə Ermənistan-Azərbaycan münasibətlərindən ayrılmalı, Bakı-Xankəndi arasında müzakirə edilməlidir", deyə o, qeyd edib.

Deputın fikrincə, bu, Ermənistan dövlətinin baxışıdır.

"Əgər bizim müxalifətçilər yanaşmalarımızla razılaşmasalar, onlar özləri Qarabağın "müstəqilliyinin tanınması" məsələsini gündəmə gətirə bilərlər. Təbii ki, biz bu məsələni müdafiə etməyəcəyik", deyə o, əlavə edib. 

"Baxın, Qararağdakı etnik ermənilər öz müqəddəratını təyinetmə yolu ilə getsələr, beynəlxalq ictimaiyyət buna necə reaksiya verəcək? Amma biz həm Qarabağın statusu məsələsini qaldırsaq, həm də Azərbaycanın ərazi bütövlüyünü tanısaq, rəsmi Bakı beynəlxalq hüquqa söykənərək bizə müharibə elan edəcək", deyə Ovik Ağazaryan xəbərdarlıq edib.

Xatırladaq ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına görə  Ovik Ağazaryan Facebook səhifəsində üzr istədiyini bildirmişdi:

“Bir vətəndaş və deputat kimi bu cür vandalizmin qarşısını almaq üçün əlimdən gələni etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin