Avrasiya Hökumətlərarası Komissiyasının iclasında iştirak etmək üçün mayın 20-də İrəvana səfər edən Rusiyanın Baş naziri Dmitri Medvedyev Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsini də müzakirə edib.
Publika.az xəbər verir ki, Ermənistanın “1in.am”x9d saytı Medvedyevin Sərkisyanla qapalı görüşdə Rusiyanın Qarabağ planını yenidən müzakirə etdiyini yazıb.
“Medvedyev apelin 7-də İrəvana gələrkən, özü ilə bu planı gətirmişdi. Bir gün sonra o, Bakıya yola düşdü. Bu səfərlər ərəfəsində Qarabağla bağlı “Lavrov planı”x9dnın olduğuna dair iddialar ortaya çıxdı. Aprelin 22-də Lavrov İrəvana gələrkən bu planın mövcudluğunu təkzib etməyə çalışdılar. Lakin Vyana görüşündən sonra Medvedyevin yenidən İrəvana gəlişi və Sərkisyanla köhnə müzakirələri davam etdirməsi ehtimal etməyə imkan verir ki, Rusiya baş naziri bir ay əvvəl təklif etdiyi Qarabağ planını yenidən özü ilə gətirmişdi. Pərdəarxası proseslərin necə davam etdiyini deyə bilmərik, lakin Rusiya baş nazirinin bəyanatları Moskvanın Qarabağla bağlı təkliflərini davam etdirdiyini göstərir. Lavrov da Vyana görüşündən dərhal sonra açıqladı ki, Moskva tərəflər arasında güzəştləri axtarmağa davam edəcək. Əgər nizama salınmanın variantları müzakirə edilirsə, belə çıxır ki, İrəvan həqiqətən də Rusiya ilə danışıqlar aparır və daha sonra Rusiya bu məsələləri Bakı ilə müzakirə edəcək”x9d, - deyə sayt qeyd edib.
Rusiya KİV-nin yazdığına görə, Kremlin Qarabağ planı belədir: işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ən azı 5-i qaytarılır, iki rayonun qaytarılması prosesi sonraya saxıanılır, Laçın dəhlizi müvəqqəti olaraq qalır, Dağlıq Qarabağın statusu üzərində danışıqlar aparılır, bölgədə beynəlxalq sülhməramlılar yerləşdirilir.
































































































