Ukraynanın diversant və kəşfiyyat qrupu yenidən Belqorod vilayətinin Borisovsk rayonunda yerləşən Boqun-Qorodok kəndinə daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mash Telegram kanalı yayıb.
Mənbə yazır ki, kəşfiyyat qrupu hələ də Belqorod vilayətindəki Qrayvoron keçid məntəqəsi ərazisində mövqelərə nəzarət edirlər.
Həmçinin bildirilir ki, Ukrayna ərazisindən Rusiya Silahlı Qüvvələrinin Belqorod vilayətindəki mövqelərinə artilleriya vasitəsilə atəş açılır.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl diversantların məğlub edildiyini bildirmişdi.
Bizim.Media