Qarabağda iki terrorçu erməni qruplaşması arasında savaş başlayıb

Hazırda oxunan: Qarabağda iki terrorçu erməni qruplaşması arasında savaş başlayıb

137550
Qarabağda xa0Şuşanın işğalında xa0iştirak etmiş general xa0Manvel Qriqoryanın cinayətkar dəstəsi ilə Ermənistandan Qarabağa gəlmiş xa0"könüllülər" adlı quldur dəstə xa0arasında silahlı toqquşma baş verib, tələfat var.

xa0Ermənistan mətbuatında xa0yayılan xa0məlumatlara xa0görə, Hadrut rayonunda Ermənistan vətəndaşlarının yaralanması və bir neçəsinin ölməsi ilə nəticələnən növbəti silahlı toqquşma baş verib.xa0

Belə ki, Qarabağ müharibəsi zamanı xa0Azərbaycana xa0qarşı döyüşmüş , hazırda xa0"könüllü döyüşçü"lər adlanan terrorçu xa0qruplaşmada olan Vahan Babasyan öz müsahibəsində bildirib ki, Hadrut rayonu ərazisində soyğunçuluq faktlarının qarşısını almağa gedərkən orada “Sərhəd qoruyan könüllülər”x9d birliyinin komandiri Manvel Qriqoryanın başçılıq etdiyi quldur dəstəsinin silahlı müqaviməti ilə rastlaşıb. Silahlı münaqişə nəticəsində erməni vətəndaşları olan "könüllülər" itki verib. Bu zaman çarpaz atışma zonasında olan hərbi qulluqçular Xaçatur Arutyunyan və bir neçə nəfər ölümcül yaralanıb.

Vahan Babasyan qeyd edib ki, Manvel Qriqoryanla 90-cı illərdən, 4-cü batalyonda xidmət dövründən tanışdır. O, Manveli heç vaxt əsl hərbçi hesab etməyib, çünki onun xidməti daim soyğunçuluq etməklə keçmişdir.xa0

“Manvel, hətta, döyüşlər gedən zamanda da öz vəzifələrinin icrasından yayınmağa çalışırdı. Onu yalnız, qadınlar və asan yolla pul əldə etmək maraqlandırırdı. Manvel soyğunçuluqla əldə etdiyi pulların hesabında sonralar general rütbəsi almış və nazirliyə işə düzələ bilmişdir.”x9d

Manvel Qriqoryanın Qarabağda "könüllülər"dən ibarət soyğunçu dəstənin köməyi ilə biznes sahələrinə soyğun məqsədi ilə hücum etməsi barədə daha bir xəbər ondan xa0ibarətdir ki, Dağlıq Qarabağın qondarma baş nazirinin müavini Artur Ağabekyanla Manvel Qriqoryan arasında “su biznesi”x9d uğrunda mübarizə başlayıb. Belə ki, xa0“Sərhəd qoruyan könüllülər”x9d birliyinin üzvləri Ağabekyanın su biznesi ilə məşğul olduğu ərazini zəbt ediblər. Qarabağda artıq belə bir fikir mövcuddu ki, Manvel Qriqoryanın Qarabağda olması Artur Ağabekyanı çox narahat edir. Buna görə də o, müxtəlif vasitələrdən istifadə edərək Manvel Qriqoryanı Qarabağdan uzaqlaşdırmağa çalışır. Məlumata görə, bu günlərdə qondarma baş nazir Arayik Harutyunyan Manvel Qriqoryanın yanına gedib. Manvel Qriqoryan Arayik Harutyunyanı hərbi hissənin qəbul otağında xeyli gözlətdirib. Bu Arayik Harutyunyanı çox məyus edib. xa0Deyilənə görə, xa0Harutyunyan bu günlərdə ona məxsus olan otellərin qiymətini xeyli qaldırıb. Xatırladaq ki, həmin otellərdə Manvel Qriqoryan və könüllülər qalırlar.(Avropa.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin