Maya Sandu: "Putin Moldovaya gəlsə, dərhal həbs olunacaq"

Hazırda oxunan: Maya Sandu: "Putin Moldovaya gəlsə, dərhal həbs olunacaq"

137529

“Rusiya Prezidenti Vladimir Putin Moldova ərazisinə gəlsə, həbs olunacaq”.

Bizim.Media xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu ”Euronews Romania“ telekanalına müsahibəsində bildirib.

Moldova lideri qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, Putin Moldovaya səfər edəcəyi təqdirdə, onu həbs edəcəklər.

Xatırladaq ki, bu ilin 17 mart tarixində BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Lvova-Belovanın həbsinə order verib.

Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.
Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin