Küçə pişiyi Londondakı sürət qatarlarının hərəkət cədvəlini demək olar ki, pozub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı mk.ru saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Pişik evi partlayışdan xilas etdi – VİDEO
Mənbə yazır ki, zolaqlı bir pişik Mançester şəhərinə yola düşməyə hazırlaşan qatarın ilk vaqonunun damına çıxıb.
Heyvanı tez bir zamanda damdan çıxarmaq mümkün olmadığından sərnişinlərə ehtiyat qatar verilib.
Həmin qatar stansiyada qalıb. İşçilər təxminən iki saat yarım gözləməli olublar. Yalnız qatarın yanına zibil qabı qoyulduqdan sonra pişiyin tullanması üçün əlverişli şərait yaradılıb.
Dəmiryolçular qeyd ediblər ki, qatar saatda 200 km-lə getsəydi, pişik ölümcül təhlükə ilə üzləşəcəkdi.
Bizim.Media