Xəbər verdiyimiz kimi “Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan Ankarada keçirdiyi brifinqdə prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində S. Oğana seçiminə görə təşəkkür edib.
“Ofisimizdə “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğanla görüşümüz oldu. Bu gün o, bizə və “Cümhur İttifaqı”na dəstək verəcəyini bəyan etdi. Mən ona öz adımdan və bütün yoldaşlarım adından təşəkkür edirəm”, - deyə Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, Sinan Oğan terrorla mübarizə, xüsusən də türk dünyası ilə münasibətlərdə AK Partinin aydın mövqeyini çox gözəl bilir:
“Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu olmayıb, ola da bilməz.
İnanıram ki, bu qüvvələrin birliyi millətimizə, ölkəmizə xeyir verəcək. Aydın fakt qaçqınların, sığınacaq axtaranların və s.-dir ki, onlar diqqət mərkəzindədirlər və indi 450 min qaçqın öz evlərinə qayıdıb. Amma hazırda bizim planımız var ki, 1 milyon qaçqın da Suriyaya qayıdacaq. Təbii ki, bu zamanla baş verəcək”.
Qeyd edək ki, "ATA ittifaqı" dünən rəsmi olaraq fəaliyyətini dayandırıb. Bu haqda "ATA ittifaqı"nın üzvü, Ədalət Partiyasının sədri Vecdet Öz bildirib.
Xatırladaq ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:15 / 23.05.2023
Ərdoğan Sinan Oğanın son açıqlamasına MÜNASİBƏT BİLDİRDİ - VİDEO
Hazırda oxunan: Ərdoğan Sinan Oğanın son açıqlamasına MÜNASİBƏT BİLDİRDİ - VİDEO
Hazırda oxunan: Ərdoğan Sinan Oğanın son açıqlamasına MÜNASİBƏT BİLDİRDİ - VİDEO
137396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.