Xəbər verdiyimiz kimi ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum edilib.
Bizim.Media xəbər verir ki, teleqram kanallarında hücumun video görüntüləri yayılıb.
Görüntülərə əsasən, səhərə yaxın naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb.
Qeyd edək ki, Türkiyənin BMT-dəki daimi nümayəndəliyi və Nyu-Yorkdakı baş konsulluğu məhz bu binada yerləşir.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media