"İran agentlərinin ABŞ ərazisində hücumunun qurbanı olan mənim ən yaxşı dostum Əhməd Obalı xəstəxanada yaşamaq uğrunda mübarizə aparır".
Bizim.Media xəbər verir ki, bu fikri ABŞ Milli Təhlükəsizlik Komitəsinin keçmiş üzvü Mayk Doran sosial şəbəkədə yazıb.
"ABŞ hökuməti bu insidenti terror aktı kimi araşdıracaq, yoxsa üstünü örtəcək?", deyə o, müvafiq qurumlara belə sual ünvanlayıb.
Qeyd edək ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.
Hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:53 / 22.05.2023
ABŞ Milli Təhlükəsizlik Komitəsinin keçmiş üzvündən Əhməd Obalıya DƏSTƏK
Hazırda oxunan: ABŞ Milli Təhlükəsizlik Komitəsinin keçmiş üzvündən Əhməd Obalıya DƏSTƏK
Hazırda oxunan: ABŞ Milli Təhlükəsizlik Komitəsinin keçmiş üzvündən Əhməd Obalıya DƏSTƏK
137266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.