Bu günlərdə qondarma “erməni soyqırımı”x9dnın Aımaniya parlamentində müzakirəyə çıxarılacağı gözlənilir.
Maraqlıdır, Azərbaycanın
Almaniya və Avropadakı diasporu erməni yalanlarına qarşı mübarizədə Türkiyəyə dəstək
verməlidirmi? Bu məsələdə hər iki dövlətin birgə, koordinasiyalı fəaliyyətinə
ehtiyac varmı?
Bununla bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bu istiqmətdə birgə
fəaliyyətə cidi ehtiyac olduğunu söylədi:
“Azərbaycan və Ermənistanın
erməni yalanlarına qarşı mübarizədə öz fəaliyyətlərini əlaqələndirməsi, birgə
koordinasiya etməsi olduqca vacibdir. Bizim gücümüz birliyimidədir. Biz
xalqlarımızın, dövlətlərimizin tarixi və taleyi ilə bağlı bütün məsələlərdə
birgə fəaliyyət göstərməliyik. Bu istiqamətdə işlər gedir.
Dünyanın bir çox ölkələrində
Azərbaycan və Türkiyə cəmiyyətləri, təşkilatları, diasporları öz fəaliyyətlərini
koordinasiya edirlər. Mən istərdim ki, bu, daha güclü olsun. Ermənilərin o vaxt
bizə, türklərə qarşı törətdikləri soyqırımlarını bu gün düşmən “erməni
soyqırımı”x9d kimi qələmə verir. Tarixçilərin apardığı araşdırmalar nəticəsində
erməni yalanı hər gün daha çox ifşa olunur.
Ermənilər 1992-ci ildə
Xocalıda soyqırım törədib. Biz bu faktordan istifadə etməliyik. Alman bundestaqı
qarşısında bu məsələlər ciddi şəkildə qoyulmalıdır və təbii ki, qoyulur da. Biz
dünyaya sübut etməliyik ki, ermənilərin qondarma soyqırım iddiaları əsassızdır
və onlar özü həyata keçirdikləri soyqırımlara görə cavab verməlidir”x9d.
Seymur Əliyev


































































































