Seul və Tokio ABŞ-ın dəstəyinə bel bağlayır - Xirosimada TARİXİ GÖRÜŞ

Hazırda oxunan: Seul və Tokio ABŞ-ın dəstəyinə bel bağlayır - Xirosimada TARİXİ GÖRÜŞ

137181

ABŞ Prezidenti Cozef Bayden, Yaponiyanın Baş naziri Fumio Kişida və Cənubi Koreyanın Prezidenti Yun Sok Yolun Xiroşima şəhərində görüşüblər.

Bizim.Media xəbər verir ki, “Böyük yeddilər” qrupunun (G7) zirvə toplantısı çərçivəsində keçirilən görüşün əsas mövzusu Şimali Koreyanın nüvə təhdidlərinə qarşı üçtərəfli təhlükəsizlik əməkdaşlığını gücləndirmək məsələləri olub. 

Bundan başqa, regional problemlərin də müzakirə edildiyi bildirilir. ABŞ, Yaponiya və Cənubi Koreya liderləri sonuncu dəfə bu formatda ötən ilin noyabrında Kambocada görüşüblər. 

Həmin görüşdə Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) artan nüvə-raket fəaliyyəti fonunda raket xəbərdarlıq məlumatlarının real vaxt rejimində paylaşılması barədə razılıq əldə olunmuşdu.

Qeyd edək ki, Şimali Koreyanın son zamanlar aktivləşən nüvə-raket fəaliyyəti region ölkələri, xüsusən də Cənubi Koreya və Yaponiyanı ən çox narahat edən məsələlərdəndir. Seul və Tokio bu məsələdə müttəfiqləri ABŞ-ın dəstəyinə bel bağlayırlar. 

Ötən ay Cənubi Koreya liderinin ABŞ-a səfəri çərçivəsində imzalanan Vaşinqton bəyannaməsi Şimali Koreyanın nüvə silahı ilə hücum etməsi halında ABŞ-ın Cənubi Koreyaya dəstəyini əhəmiyyətli dərəcədə gücləndirməyi, operativ, əzici və qətiyyətli fəaliyyət göstərməyi nəzərdə tutur. 
ABŞ və Cənubi Koreya şimaldan gələn təhlükənin qarşısının alınması üçün xüsusi planlar hazırlamaq məqsədilə nüvə məsləhət qrupu yaratmaq barədə də razılığa gəliblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin