"ATA ittifaqı" rəsmi olaraq fəaliyyətini DAYANDIRDI

Hazırda oxunan: "ATA ittifaqı" rəsmi olaraq fəaliyyətini DAYANDIRDI

137176

"ATA ittifaqı" rəsmi olaraq fəaliyyətini dayandırıb.

Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, bu haqda "ATA ittifaqı"nın üzvü, Ədalət Partiyasının sədri Vecdet Öz bildirib.

"ATA ittifaqı" rəsmən başa çatdı. Hər bir tərəf istədiyi qərarı verə bilər" - deyə Vecdet Öz qeyd edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin