Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun Rusiyaya embarqo qoyulacağı ilə bağlı vədindən sonra Türkiyəyə səyahət edən rus turistlərin sayı 10 faiz enib.
Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin bildirib ki, rus turistlərin sayının azalmasının səbəbi müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə ölkələrinə geri dönə bilməyəcəkləri ilə bağlı düşüncələridir.
Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyəni ziyarət edən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq 8 milyon 181 min 566 nəfər təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:59 / 21.05.2023
Kılıçdaroğluya görə Türkiyəyə gələn rus turistlərin sayı azalıb – Çavuşoğlu
Hazırda oxunan: Kılıçdaroğluya görə Türkiyəyə gələn rus turistlərin sayı azalıb – Çavuşoğlu
Hazırda oxunan: Kılıçdaroğluya görə Türkiyəyə gələn rus turistlərin sayı azalıb – Çavuşoğlu
137173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.