"Yaponiya və Cənubi Koreyadan Ukraynanı Rusiya təcavüzündən qorumağa kömək edəcək öldürücü silahlar göndərməsini istədik".
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski bildirib ki, bu məsələdə qanunvericilik və konstitusiya ilə bağlı çətinliklərin olduğunu başa düşür.
Prezident qeyd edib ki, Ukraynadakı müharibənin diplomatik həlli BMT Nizamnaməsinə və beynəlxalq hüquqa hörmət əsasında mümkündür.
“Rusiyanın qoşunları bizim ərazimizdə olduğu, ərazi bütövlüyümüzü və suverenliyimizi pozduğu halda onun heç bir diplomatik şansı yoxdur. Biz hamımız başa düşürük ki, qoşunları Ukrayna ərazisində olarkən heç kimin Rusiya ilə heç bir əlaqəsi olmayacaq”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, Yaponiya və Cənubi Koreya Ukraynaya silah verməyən, təkcə humanitar yardımların tədarükü ilə məhdudlaşan ölkələr sırasındadır. Bunun əsas səbəbi başqa ölkələrə silah ixracını məhdudlaşdıran qanunvericilikdir.
Bununla belə, Yaponiya infrastrukturun bərpası üçün Ukraynaya 400 milyon dollar ayırmağı planlaşdırır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:38 / 21.05.2023
Zelenski Yaponiya və Cənubi Koreyaya səsləndi: “Bizə silah verin”
Hazırda oxunan: Zelenski Yaponiya və Cənubi Koreyaya səsləndi: “Bizə silah verin”
Hazırda oxunan: Zelenski Yaponiya və Cənubi Koreyaya səsləndi: “Bizə silah verin”
137163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.