Bazar günü, mayın 21-də Yaponiyada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Co Bayden arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, liderlər Rusiyaya qarşı mübarizədə Ukraynaya hərbi yardımın gücləndirilməsini müzakirə ediblər.
Danışıqlar zamanı Bayden Ukraynaya artilleriya sursatları və zirehli maşınların daxil olduğu yeni yardım paketini açıqlayıb.
Bizim.Media