ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası çərçivəsində Pensilvaniya ştatının Allentoun şəhərində seçicilərlə görüşü zamanı bu ölkədə yaşayan bir qrup soydaşımız diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində törətdiyi terror aktlarına yönəldiblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, soydaşlarımız Ermənistanın işğalçı siyasətinə etiraz edib diqqəti Azərbaycanın mülki əhalisinin atəşə tutulmasına, günahsız körpələrin öldürülməsinə yönəltmək məqsədilə haqq səslərini ucaldıblar.
Bizim.Media