G7 liderləri Ukrayna ilə bağlı iclasa başladı - Zelenski də iştirak edir

Hazırda oxunan: G7 liderləri Ukrayna ilə bağlı iclasa başladı - Zelenski də iştirak edir

137096

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Xirosimada sammitin yekun iclaslarından birinə başlayıblar. Bu, Prezident Volodimir Zelenskinin iştirakı ilə Ukrayna ətrafındakı vəziyyətə həsr olunub.

Bizim.Media xəbər verir ki, iclasa daha sonra G-7 sammitinə dəvət olunmuş ölkələrin - Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri də qoşulacaq.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə Ukrayna prezidenti sammitdə onlayn iştirak etməli idi. Belə bir razılaşma baş nazir Fumio Kişidanın mart ayında Kiyevə səfəri zamanı əldə olunub.

Bununla belə, Zelenski daha sonra “sammitdə şəxsən iştirak etmək arzusunu ifadə etdi” və Tokio sonda bu təklifi qəbul etdi.

Yaponiya bu il G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammitini keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin