“Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində deyib.
“Hesab edirəm ki, dünyanın iki yerə parçalanmasının qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, - baş katib vurğulayıb.
O qeyd edib ki, Ukraynadakı müharibə məsələsində birbaşa sülhün əldə olunması üçün perspektiv görmür. Baş katib, həmçinin, Şimali Koreyanın nüvə proqramını tamamilə qəbuledilməz adlandırıb. O, nüvə silahı olmayan bir dünyanın qurulmasını isə mümkün hesab etdiyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:51 / 20.05.2023
BMT-nin Baş katibindən ÇAĞIRIŞ: “Dünya iki yerə bölünməməlidir”
Hazırda oxunan: BMT-nin Baş katibindən ÇAĞIRIŞ: “Dünya iki yerə bölünməməlidir”
Hazırda oxunan: BMT-nin Baş katibindən ÇAĞIRIŞ: “Dünya iki yerə bölünməməlidir”
137056
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.