Ukrayna prezidenti Volodimir Zelenski Xirosimada Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün “Telegram” kanalında bildirib.
“Biz Almaniyaya səfərin ilkin nəticələrini müzakirə etdik. Ukraynanın Almaniyadan alacağı güclü müdafiə yardımına görə cənab Şoltsa təşəkkür etdim. Görüş əsnasında sülh üçün Ukrayna formulunun bəndlərinin həyata keçirilməsinin vacibliyi xüsusi vurğulandı. Biz G7 sammitinin görüşü ərəfəsində mövqeləri razılaşdırdıq”, - deyə Zelenski qeyd edib.
Bizim.Media