F-18 qırıcı təyyarəsi bu gün İspaniyanın Saraqosa şəhərindəki İspaniya aviabazasında qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kral Hərbi Hava Qüvvələrinin (Royal Air Force (RAF)) “Twitter” hesabında məlumat verilib.
"Bu gün səhər saatlarında Saraqosadakı aviabazada F-18-in iştirakı ilə qəza baş verib.
Xoşbəxtlikdən təyyarənin pilotu özünün təyyarədən atmağı bacarıb. Təyyarə bazanın perimetri daxilində yerə düşüb”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, qəzaya düşən F-18-in pilotu artıq xəstəxanadadır, onun həyatı təhlükəsi yoxdur.
Bizim.Media