“ABŞ təkcə Rusiyaya deyil, digər ölkələrə də təzyiq göstərmək istəyir” – RUSİYALI SƏFİR 

Hazırda oxunan: “ABŞ təkcə Rusiyaya deyil, digər ölkələrə də təzyiq göstərmək istəyir” – RUSİYALI SƏFİR 

137013

“Təkcə Rusiya iqtisadiyyatını deyil, həm də Rusiyanın inkişaf etməkdə olan ölkələrlə əlaqələrini hədəf alan ABŞ-ın sanksiyalar siyasəti inkişaf etməkdə olan iqtisadiyyatların da Vaşinqtondan üz döndərməsinə səbəb olacaq”.  

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib. 

ABŞ-ın Rusiya əleyhinə yeni məhdudiyyətləri şərh edən rusiyalı səfir qeyd edib ki, buradan çox qəribə təəssüratlar yaranır: 

“Belə ki, Birləşmiş Ştatlar təkcə Rusiya Federasiyasına deyil, həm də inkişaf etməkdə olan dövlətlərə təzyiq göstərmək istəyir. Burdan da görünür ki, inkişaf etməkdə olan iqtisadiyyatlar ABŞ siyasətinin onların həyati maraqlarına nə qədər zərər verdiyini görəcək və Vaşinqtondan üz döndərəcək”.  

Əslində, növbəti sanksiyalar paketinin dəfələrlə qəbul edilənlərin təkrarı olduğunu deyən A.Antonovun sözlərinə görə, çox səhifəli press-relizlərdə birbaşa ziddiyyətlər istisna olmaqla, yeni heç nə yoxdur: 

“Məsələn, ABŞ hakimiyyəti tərəfindən bəzi növ tibbi və kənd təsərrüfatı avadanlıqlarının Rusiyaya çatdırılması bloklanan mallar siyahısına daxil edilib. Bu da Amerika tərəfinin humanitar məhsulların məhdudiyyətlərə məruz qalmaması ilə bağlı bəyanatlarını dəyərdən salır”.  

Səfir, Vaşinqtonun planının çox sadə olduğunu diqqətə çatdırıb: 

“Bununla da tərəfdaşları Rusiya bazarından, yerli şirkətlərdən, qarşılıqlı faydalı əməkdaşlıqdan qorxutmağa, eləcə də biznesmenləri, ekspertləri və ictimaiyyəti çaşdırmağa çalışır. Onları inandırmaq istəyirki, biz hansısa məhdudiyyətlər altında əzilirik. Əlbəttə, bu, belə deyil. Rusiya dövləti tərəqqisini dayandırmaq cəhdlərinin öhdəsindən gəlmək və onu əsas prinsiplərindən əl çəkməyə məcbur etmək bacarığını sözdə deyil, əməldə sübut edib”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin