Rusiya “Şahed” dronları ilə Kiyevə növbəti dəfə hücum etdi

Hazırda oxunan: Rusiya “Şahed” dronları ilə Kiyevə növbəti dəfə hücum etdi

136974

Rusiya növbəti dəfə Ukraynanın paytaxtı Kiyevə İran kamikadze dronları ilə hücum edib. 

Bizim.Media xəbər verir ki, hava həyəcanı siqnalından sonra şəhərdə hava hücumundan müdafiə sistemləri işə düşüb. Gecə saatlarında Kiyevdə partlayış səsləri eşidilib. 

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 11-ci hava hücumudur.

"Mayın 20-də Kiyevə gecə hücumu zamanı “Şahed” tipli kamikadze PUA-lardan istifadə olunub. Ukraynanın hava hücumundan müdafiə sistemləri düşmənin bütün hava hədəflərini məhv edib. Düşmən bütün gücü ilə Kiyevdəki əsas obyektləri dağıtmağa, Ukraynanın hava hücumundan müdafiə vasitələrinin resurslarını tükətməyə çalışır. Rusiya, həmçinin bu yolla dinc əhalini dərin psixoloji gərginlikdə saxlamağa çalışır. May ayında kiyevlilər cəmi 4 gün hava hücumu siqnalını eşitməyiblər”, - Popko deyib. 

Məlumata görə, zərərsizləşdirilən dronların qalıqlarının düşməsi nəticəsində Kiyevin Dnepr, Darnitsk, Peçersk və Solomen rayonlarında yaşayış binasına, şəxsi evlərə, avtomobillərə ziyan dəyib, güclü yanğınlar baş verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin