Samsunda 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı tədbirləri çərçivəsində “Türk Ulduzları” və “SoloTürk” aviaqrupları hava şousu ilə çıxış ediblər.
Bizim.Media xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin möhtəşəm şousunu şəhərin müxtəlif yerlərindən on minlərlə insan izləyib.
İzləyicilər arasında bayram tədbirlərinə qatılan yüksək rütbəli hərbçilər və məmurlar da olub.
Bizim.Media