Litva parlamentindən TƏKLİF: Rusiyanın adı dəyişdirilib belə olsun

Hazırda oxunan: Litva parlamentindən TƏKLİF: Rusiyanın adı dəyişdirilib belə olsun

136940

“Rusiyanın adının Moskoviya olaraq dəyişdirilməsi imkanları nəzərdən keçirilir”. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Litva Seymində (parlament) Gələcək komitəsinin sədri Raymundas Lopata açıqlayıb. 

Sədr qeyd edib ki, Litva Böyük Hersoqluğunun tarixi kontekstini nəzərə alaraq komitə Litvaya və Qərb dövlətlərinə Rusiyanın tarixi roluna dair avropalıların beynində möhkəmlənmiş narrativlərdən daha məqbul və dəqiq qiymətləndirmə təklif etmək niyyətindədir.   
Məlumata görə, komitə bununla bağlı tarixçilərin fikirlərini dinləyəcək və Rusiyanın adının dəyişdirilməsi ilə bağlı müzakirələr aparacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin