Uydurulmuş xəbər, "erməniləşdirilən" Camala və onun seçimi - "Mən müsəlmanam"

Hazırda oxunan: Uydurulmuş xəbər, "erməniləşdirilən" Camala və onun seçimi - "Mən müsəlmanam"

136924
Bir sıra yerli saytlar "Eirovison 2016" müsabiqəsinin qalibi Camalanın adından belə bir açıqlama yayıblar: "Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Qələbəmi ermənilərə də həsr edirəm...". 

 “Azərfaks”x9dın əməkdaşı Ukraynanın UNİAN agentliyinə istinad olunan xəbərlə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, ukraynalı ifaçı nə “Eurovison 2016”x9d müsabiqəsindən əvvəl, nə də müsabiqədən sonra belə bir açıqlama verib. Ümumiyyətlə, onun müsahibələrində hansısa millətə olan sevgisi barədə hər hansı vurğuya rast gəlinmir.

Qeyd edək ki, UNİAN agentliyi  həqiqətən də müğənninin müsahibəsini yayımlayıb. Lakin orada bizim saytlarda yer almış cümlələr yoxdur. Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz: 

//www.unian.net/society/1345956-djamala-o-svoey-pobede-evropa-ponyala-i-pochuvstvovala-chto-eto-iskrenne-i-ukraina-na-100-zaslujila-eto.html#ad-image-0

Araşdırmamız zamanı o da məlum olub ki, Camala “Aurovisiya”x9d müsabiqəsindən xeyli əvvəl verdiyi və tamam başqa bir saytda yayımlanmış müsahibədə ailəsi barədə suala belə bir cavab verib: “Когда менÑx8f Ñx81прашивают о корнÑx8fÑ…, то Ñx8f перечиÑx81лÑx8fÑŽ неÑx81колько национальноÑx81тей. Однако, неÑx81мотрÑx8f на то, что Ñx8f роÑx81ла на крымÑx81ко-татарÑx81кой земле, вÑx81егда много общалаÑx81ÑŒ Ñx81 армÑx8fнÑx81кими Ñx81емьÑx8fми, проводила Ñx81 ними времÑx8f, находилаÑx81ÑŒ в их Ñx81реде”x9d.  

Göründüyü kimi, burada da ermənilərə xüsusi sevgidən söhbət getmir və ifaçı özünü erməni saydığı barədə bir kəlmə də işlətmir. Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz: 

//thenordar.com/jamala-lico-proekta-pomeshannie-thenordar/

Yerli saytlarımızda yayılmış xəbər belə təsəvvür yaradır ki, Camala ermənilər barədə fikirləri “Eurovision 2016”x9d müsabiqəsində əldə etdiyi qələbədən sonra səsləndirib. “Azərfaks”x9dın əməkdaşı ifaçının müsabiqədən sonra verdiyi müsahibələri toplayaraq onların hamısı ilə tanış olub və heç bir materialda "Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Qələbəmi ermənilərə də həsr edirəm" kimi fikirlərə rast gəlinməyib. 

UNİAN Agentliyində “Eurovision 2016”x9d müsabiqəsindən sonra yayımlanmış və bilavasitə Camaladan bəhs olunan bütün xəbərləri diqqətinizə təqdim edirik. 

//www.unian.net/society/1346078-datskoe-jyuri-oshibochno-nachislilo-ballyi-djamale-smi.html#ad-image-0

//www.unian.net/society/1345956-djamala-o-svoey-pobede-evropa-ponyala-i-pochuvstvovala-chto-eto-iskrenne-i-ukraina-na-100-zaslujila-eto.html#ad-image-0

//www.unian.net/society/1346057-rossiyskiy-advokat-initsiiruet-trebovanie-k-rossiyskomu-kanalu-izvinitsya-za-iskajenie-smyisla-pesni-djamalyi.html

//www.unian.net/society/1345901-djamala-vernulas-v-kiev-vjivuyu.html#ad-image-0

//www.unian.net/society/1345843-djamala-poluchit-zvanie-narodnoy-artistki-ukrainyi.html

Qeyd edək ki, yerli saytlarda yayımış xəbərlərdə Camalanın 2009-cu ildə başqa bir musiqi yarışmasında qalib olması ilə əlaqədar verdiyi müsahibənin videogörüntüləri də yer alıb. Orada ifaçı atasının Krım tatarı ”“ müsəlman olduğunu, anasının erməni ”“ xristian olduğunu deyir. Özünün dini etiqadına gəldikdə isə, Camala bütün dinlərə tolerant yanaşdığını, lakin  islamı seçdiyini vurğulayır. 

Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz:  

//www.youtube.com/watch?time_continue=127&v=SOfv016cPPg

Onu da qeyd edək ki, heç erməni saytlarında da Camalanın adından belə bir açıqlama yayımlanmayıb. Əgər ifaçı belə bir şey desəydi, heç şübhəsiz ki, bu fikirlər erməni saytlarının manşetində olardı.

***

Göründüyü kimi, ukraynalı ifaçı heç bir yerdə ermənilərə xüsusi sevgisindən və qələbəsini onlara həsr etməsindən bir kəlmə də olsa danışmayıb. Maraqlıdır, ifaçının demədiyi sözləri onun adından təqdim etməkdə məqsəd nədir?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin