Təbriz Tibb Elmləri Universitetinin 9 tələbəsi cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, Universitetin İntizam Komissiyasının qərarına görə, onlar iki semestr təhsildən kənarlaşdırılıblar.
Buna qızların təhsil aldığı məktəblərə kimyəvi hücumlar nəticəsində şagirdlərin kütləvi zəhərlənməsinə tələbələrin etiraz etmələri səbəb olub.
Universitetin İntizam Komissiyasının verdiyi qərarda təhsildən məhrum edilən tələbələr "iğtişaş və qarışıqlıq yaratmaq"da ittiham olunublar. Bundan bir müddət öncə isə Təbriz Universitetinin 40 tələbəsinə mesaj göndərilib və onlardan İntizam Komissiyasına getmələri tələb edilib.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb.
Onların bir çoxunun barəsində "hökumətə qarşı təbliğat aparmaq" ittihamı irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:45 / 19.05.2023
Təbriz Universitetinin 9 tələbəsinə AĞIR CƏZA - FOTO
Hazırda oxunan: Təbriz Universitetinin 9 tələbəsinə AĞIR CƏZA - FOTO
Hazırda oxunan: Təbriz Universitetinin 9 tələbəsinə AĞIR CƏZA - FOTO
136814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.