Hindistanın öz istehsalı olan təhlükəli silahı...

Hazırda oxunan: Hindistanın öz istehsalı olan təhlükəli silahı...

136793

Hindistan öz istehsalı olan ballistik raketi sınaqdan keçirib. ANS PRESS-in məlumatına görə, “Prithvi-II”x9dorta mənzilli yer-yer tipli raket HindistanınOrissa ştatında Çandipur poliqonundan buraxılıb.

Ballistik raket 500 və 1 tona arasında ağırlığı olan döyüş başlıqları daşımaq qabiliyyətinə malikdir. Onun hərəkət məsafəsi 350 km çəkisi isə 4.6 tondur. “Prithvi-II”x9d Hindistanın müdafiə tədqiqatları təşkilatı tərəfindən hazırlanıb.

Birinci dəfə raket 2015-ci ilin noyabrında, daha sonra 2016-cı ilin fevralında sınaqdan keçirilib.

Hindistanın "Prithvi-II" ballistik raketinin sınağı
Hindistanın "Prithvi-II" ballistik raketinin sınağı

Daha əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyi yeni ballistik raketi sınaqdan keçirəcəyi haqda bəyanat verib. Sınaqdan keçirilməsi gözlənilən “Sarmat”x9d raketi 10 min km məsafə qət edə bilir. Raket 15 müstəqil döyüş bağlığı daşımaq qabiliyyətinə malikdir. Onun gücünün Xirosimaya atılan bombadan 100 dəfə çox olduğu deyilir.

 Ballistik raket, nüvə və ya digər başlıq daşıya bilən uzun mənzilli idarə olunan mərmidir. Bu raketlər tək bir nüvə başlıq daşıya biləcəkləri kimi, birdən çox başlıq daşıyaraq bu başlıqları fərqli hədəflərə göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin