ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəklədiyini açıqlayıb

Hazırda oxunan: ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəklədiyini açıqlayıb

136757

ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında Moskvada baş tutacaq danışıqlara münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilməsi nəzərdə tutulan görüşü şərh edərkən danışıb. 

O bildirib ki, ABŞ danışıqların harada aparılmasından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır: 

"Tərəflər arasında birbaşa danışıqlar prinsipial əhəmiyyət kəsb edir və onlar harada keçirilməsindən asılı olmayaraq - Arlinqtonda (ABŞ), Brüsseldə və ya Moskvada - biz şad olardıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin