Dünyanın ən yaşlı pişiyi öldü...

Hazırda oxunan: Dünyanın ən yaşlı pişiyi öldü...

136655
Dünyanın ən yaşlı pişiyi ölüb.

Ginnesin rekordlar kitabına düşən Siyam pişiyi Skuter 30 yaşında idi.

Moderator.az xəbər verir ki, dünyanın ən yaşlı pişiyi kimi tanınan və  Ginnesin rekordlar kitabına düşən Skuter, 30 yaşında ölüb.

Skuterin  ABŞ-ın Texas əyalətində yaşayan sahibi Gail Floyd,  Siyam pişiyinin 26 Martda doğum günündən bir müddət sonra öldüyünü açıqlayıb.

 Siyam pişiyinə, 8 Apreldə Ginnesin rekordları kitabına düşən  dünyanın ən yaşlı pişiyi stastusu verilmişdi.

Mansfielddə  baytarlıq edən Tricia Latimer, Skuterin , insan yaşı olaraq hesab edildikdə 136-ya qədər yaşadığını söyləyib.

Ginnesin rekordları kitabına daha əvvəl dünyanın ən yaşlı pişiyi statusuyla  girən Texaslı bir pişik, 38 yaşına qədər yaşamışdı.

Elşən Yəhyayev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin