Moskvadan silah ala bilməyən Ermənistan Fransaya ÜZ TUTDU – Paris hansı addımı atacaq?

Hazırda oxunan: Moskvadan silah ala bilməyən Ermənistan Fransaya ÜZ TUTDU – Paris hansı addımı atacaq?

136627

Son günlər Ermənistan rəsmiləri Rusiyanın vəd etdiyi və pulunun ödənildiyi silahları vermədiyindən şikayətlənməyə başlayıblar. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroqyan və ardınca da xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan öz açıqlamalarında pulunu ödədikləri silahların Rusiyadan gəlmədiyini etiraf ediblər. 

Rusiyadan pulunu ödədiyi silahları ala bilməyən İrəvan indi də bununla bağlı Fransaya üz tutub. 

Məsələ ondadır ki, prezident Emmanuel Makronun şəxsi göstərişi ilə Fransanın İrəvandakı səfirliyində hərbi attaşe postunun yaradılması nəzərdə tutulur. Bu hərbi attaşe yaxın vaxtlarda Fransanın Ermənistana silah-sursat göndərməsi prosesinə kuratorluq edəcək. Bu addım onu göstərir ki, Paris Ermənistanı silahlandırmaqda maraqlıdır. 

Deməli, Fransa Cənubi Qafqazda hərbi-siyasi balansı Ermənistanın xeyrinə dəyişəcəyini hədəfləməklə bölgədə yenidən gərginliyin artırılmasına və bununla da sülhün əldə edilməsini əngəlləməyə çalışır.

Paris Ermənistanı silahlandırmaqla niyə bölgədə gərginliyin artmasında maraqlıdır?

Bizim.Media-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, Fransanın İrəvanı silahlandırması bu ölkənin Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasında maraqlı olmadığının göstəricisidir:
 

MÖVZU İLƏ BAĞLI:

Fransa Ermənistana silah göndərir - FOTO


“Fransanın Ermənistanı silahlandırmaqda başlıca məqsədi Cənubi Qafqaz regionunda sülhün əldə edilməsinə maneə olmaqdan ibarətdir. Hazırda Fransa Prezidenti Makronla Aİ Şurasının sədri Şarl Mişelin şəxsi münasibətlərində gərginlik var. Makron Brüsselin bütün müsbət addımlarını pozmaq istəyir. Digər tərəfdən, Vaşinqton Parisi qabağa verməklə onun araqarışdırıcı statusundan öz mənafeyi naminə yararlanmağa çalışır. 

Başqa bir tərəfdən, Fransa Ermənistana silah satmaqla bölgədə özünün hegemon statusuna nail olmağı qarşısına məqsəd qoyub.

Amma onun buna nail olacağı sual altındadır. Makronun Ermənistana silah satmaqda maraqlı olmasında onun etnik mənsubiyyəti də mühüm rol oynayır. O bir erməni kimi öz erməniliyindən əl çəkə bilmir. Makron Bakı ilə İrəvan arasında münasibətlərin yaxşılaşmasını istəmir. 

Ermənistanı silahlandırmaqla Fransa Rusiyanın da əlinə oynaya bilər. Belə ki, Ermənistan məsələsində onların maraqları kəsişir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin