G7 liderləri Ukraynanın bərpası məsələlərini MÜZAKİRƏ EDƏCƏK 

Hazırda oxunan: G7 liderləri Ukraynanın bərpası məsələlərini MÜZAKİRƏ EDƏCƏK 

136542

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Xirosimada keçiriləcək sammitdə Ukraynanın bərpası, ona iqtisadi və humanitar yardımın göstərilməsi məsələlərinə baxacaqlar. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib. 

Qeyd edək ki, G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçiriləcək. Sammit zamanı əsas mövzular Ukraynadakı münaqişə və Pekinin Tayvan boğazı və Cənubi Çin dənizindəki fəaliyyəti olacaq. 
ABŞ, həmçinin Cənubi Koreya və Yaponiya liderləri ilə üçtərəfli danışıqlar aparmağı, burada iqtisadi təhlükəsizlik məsələlərini, hərbi təlimlərin genişləndirilməsini və KXDR-ə qarşı birgə siyasəti müzakirə etməyi planlaşdırır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin