Odessada hava həyəcanı ELAN EDİLDİ: Partlayış səsləri eşidilir 

Hazırda oxunan: Odessada hava həyəcanı ELAN EDİLDİ: Partlayış səsləri eşidilir 

136541

Odessada axşam saatlarında sakinlər partlayış səsləri eşidiblər, nəticədə vilayətdə hava həyəcanı elan edilib. 

Bizim.Media xəbər verir ki, partlayışların səbəbləri və daha ətraflı təfərrüatlar barədə hələlik rəsmi məlumat yoxdur. 

Eyni zamanda, sosial şəbəkələrdə Odessa vilayətində hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyi barədə məlumatlar peyda olub. 

Nikolaev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim partlayışlardan əvvəl cənubda iki obyektin qeydə alındığı barədə xəbərdarlıq etsə də, bunların raket və ya pilotsuz təyyarələr olduğunu dəqiqləşdirməyib. 
Qeyd edək ki, daha əvvəl monitorinq qruplarında Rusiya bombardmançılarının havaya qalxması ilə bağlı məlumatlar peyda olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin