Almaniya səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

Hazırda oxunan: Almaniya səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

136497

Almaniyanın Türkiyədəki səfiri Yurqen Şolts Alman polisinin Türkiyənin "Sabah" qəzeti ofisinə basqın etməsindən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

"Bütün dünyaya mətbuat azadlığını öyrətməyə çalışan Almaniyanın bu hərəkəti onun ikili standartlı yanaşmasını ortaya qoyur. Bu hadisənin Türkiyədə keçiriləcək prezident seçkiləri ərəfəsində həyata keçirilməsinin əsas səbəbi FETÖ terror təşkilatıdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bu gün Alman polisi FETÖ terror təşkilatı üzvləri Cevheri Güven və Ercan Karakoyunun şikayəti ilə Türkiyənin Sabah qəzetinin ofisinə basqın edib və basqın nəticəsində qəzetin Almanya təmsilçisi İsmail Erel ve müdir Cemil Albay saxlanılıb.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin