“Rusiya tez bir zamanda Rusiya, İran və Azərbaycan arasında dəmir yolu infrastrukturunun inkişafı və “Şimal-Cənub” marşrutunda yükdaşımaları üzrə əməkdaşlığa dair sazişin hazırlanmasının başa çatacağına ümid edir”.
Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə Prezidenti Vladimir Putin açıqlayıb.
Onun sözlərinə görə, üç ölkənin gələcəkdə uğurlu koordinasiyası üçün zəruri hüquqi baza yaradılacaq.
Xatırladaq ki, V.Putin bu gün iranlı həmkarı İbrahim Rəisi ilə birgə videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı sazişin imzalanması mərasimində iştirak edib.
Bizim.Media