Ukrayna ordusu Rusiya ərazisini tankdan atəşə tutdu - İLK DƏFƏ

Hazırda oxunan: Ukrayna ordusu Rusiya ərazisini tankdan atəşə tutdu - İLK DƏFƏ

136432

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilk dəfə olaraq Rusiya ərazisini tankdan atəşə tutub.

Bizim.Media xəbər verir ki, bu barədə “Mash” nəşri yazıb.

İddialara görə, hərbi texnika Ukraynanın Belqorod vilayətinin sərhədində yerləşən Budarki kəndinə gətirilib.

Daha sonra Ukrayna hərbçiləri Belqorod vilayətinin Starıy Volokonovsk qəsəbəsinə doğru atəş açıblar.

“Ümumilikdə 12 mərmi atılıb. Tələfat və dağıntı yoxdur”, - nəşr qeyd edib.

Rusiya Müdafiə Nazirliyi bu vəziyyətlə bağlı açıqlama verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin