Qırğızıstanın paytaxtı Bişkekdən 30 km aralıda yerləşən Dmitriyevna kəndində silahlı şəxslər mədrəsə və məktəbi ələ keçiriblər.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, təhlükəsizlik qüvvələri hadisə yerində olub. Nəticədə silahlı şəxslərdən biri məhv edilib, iki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Respublikanın Daxili İşlər Nazirliyinin və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbərliyi əraziyə yola düşüb.
Bizim.Media